Taekvandoçumuz Qaşım Maqomedov (54 kq) "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala layiq görülüb. SİA-nın məlumatına görə, idmançımız finalda iranlı Mahdi Eşaqi ilə qarşılaşıb. Görüşün əsas vaxtı 21:21 hesabı ilə başa çatdığı üçün qarşılaşmanın taleyini qızıl xal həll edib. Bu hissədə rəqibinə 0:3 hesabı ilə məğlub olan Q.Maqomedov gümüş medalla kifayətlənməli olub.
Bürünc medalları isə türkiyəli Deniz Dağdelen və seneqallı Kama Mahomadu Moustapa əldə ediblər.
Qaliblərə medalları İslam Həmrəyliyi İdman Federasiyasının üçüncü vitse-prezidenti Əhməd Məhəmməd Fouli təqdim edib.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan Qaşım Maqomedov Pakistan idmançısı Umar İqbal ilə üz-üzə gəlib. O, ilk görüşdə rəqibini 26:6 hesabı ilə məğlub edib. İdmançımız ikinci döyüşündə özbəkistanlı Şukrob Bobobekovlə qarşılaşıb. Görüşün əsas vaxtı 22:22 hesabı ilə nəticələndiyi üçün qalibi qızıl xal müəyyən edib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala adlayıb. İdmançımız yarımfinalda türkiyəli Deniz Dağdelen üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanıb.
Qaşım Maqomedov taekvando üzrə respublika birinciliyinin qalibi, gənclər arasında dünya çempionatının mükafatçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB