Qadın taekvandoçumuz İslamiadada birinci oldu

Qadın taekvandoçumuz İslamiadada birinci oldu

Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib. SİA-nın məlumatına görə, bu görüşdə onun rəqibi Türkiyə təmsilçisi Altunel Durdane olub. İdmançımız rəqibini 5:4 hesabı ilə məğlub edərək ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə