"Bakı-2017": Yelena Çebanu Azərbaycana daha bir qızıl medal qazandırdı

"Bakı-2017": Yelena Çebanu Azərbaycana daha bir qızıl medal qazandırdı

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında qadınlar arasında 100 metr məsafəyə qaçışda atletimiz Yelena Çebanu fərqlənib. SİA-nın məlumatına görə, bütün rəqiblərini qabaqlayan Y.Çebanu paraatletika yarışlarında Azərbaycanın dördüncü qızıl medalının müəllifi olub.

Gümüş medalı İndoneziya idmançısı Endanq Sitorus, bürünc mükafatı isə mərakeşli Məryəm Ən-Nuri qazanıblar.

Digər atletimiz İradə Əliyeva yarışı dördüncü pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə