Murad Ağarzayev: "Əziyyətim hədər getmədi" AÇIQLAMA

Murad Ağarzayev: "Əziyyətim hədər getmədi" AÇIQLAMA

"İdmançı kimi məqsədim Azərbaycan bayrağını daim yüksəklərdə saxlamaqdır. Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastı kimi ilk qızıl medalı qazanan mən oldum. Buna görə çox sevinirəm". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi sərbəst hərəkətlərdə qızıl medal, komanda yarışında isə gümüş medal qazanan Murad Ağarzayev deyib.

O qeyd edib ki, Oyunlara yüksək hazırlıq keçib: "Əziyyətim hədər getmədi. Bu qələbəmə görə mənə uşaqlıqdan böyük dəstək olan anama borcluyam və özümdən balacalara demək istəyirəm ki, onlar da yarışlarda inamla iştirak etsin, nailiyyətlər əldə etsinlər. Gələcəkdə başqa ölkələrdə keçiriləcək tədbirlərdə də Azərbaycanın adını yüksəltməyə çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə