Azərbaycan atıcısı Ruslan Lunyov "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında dördüncü qızıl medalını qazanıb. SİA-nın məlumatına görə, kişilərin 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında 240.7 xal toplayan təmsilçimiz rəqiblərindən daha dəqiq olub.
İkinci yeri Türkiyə idmançısı Yusuf Dikec (239.7), üçüncü yeri isə pakistanlı Muhammad Şehzad Aktar (218.6) tutub.
Xatırladaq ki, R.Lunyov "Bakı-2017"də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB