"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışlarına start verilib. SİA-nın məlumatına görə, atletimiz Samir Nəbiyev kürə itələmə yarışında bütün rəqiblərindən güclü olub.
İran idmançısı Cavid Şakib Ehsani gümüş, digər iranlı Cavad Dalakeh isə bürünc medala yiyələnib.
Qeyd edək ki, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB