"Bakı-2017": Nigar Nəsirova yığmamıza növbəti medalı qazandırdı

"Bakı-2017": Nigar Nəsirova yığmamıza növbəti medalı qazandırdı

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb. SİA-nın məlumatına görə, yarışların 5-ci günündə ölkəmizin aktivinə ilk mükafatı Nigar Nəsirova gətirib. O, 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 211,5 xal toplayaraq üçüncü yerə çıxıb.

Gölnuş Sebqatullahi (İran) 1-ci, Afaf Elhodod (Misir) 3-cü olub.

Qeyd edək ki, N.Nəsirova Azərbaycan yığmasına 13-cü bürünc olmaqla 69-cu medalı qazandırıb. İdmançılarımızın hesabında 33 qızıl və 23 gümüş də var.

Bütün xəbərlər Facebook səhifəmizdə