"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvando yarışlarına daha bir idmançımız qələbə ilə başladı. SİA-nın məlumatına görə, kişilər arasında yarışa səkkizdəbir finalda başlayan milli komandamızın üzvü Qaşım Maqomedov (54 kq) Pakistan təmsilçisi Umar İqballa qarşılaşıb. Görüş 26:6 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB