"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisi Eriş Yaprak ilk görüşünü keçirib. İlk döyüşdə onun rəqibi Pakistan təmsilçisi Hamdani Farsin olub. İdmançımız 29:3 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB