Mayın 16-da Bakı Atıcılıq Mərkəzində "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının dördüncü gününün yarışları başlayıb.
SİA xəbər verir ki, yarışların dördüncü günündə kişilərin dairəvi stend yarışının finalı, kişilərin 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş, kişi və qadınların 10 metrdən pnevmatik tapança ilə atəş yarışları keçiriləcək.
Bugünkü yarışlarda Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
Kişilərin 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəşaçma yarışında ölkəmizi Əli Məcidli, qadınların 10 metrdən pnevmatik tapança ilə atəşaçma yarışında isə Nəzrin Abbaslı, Nigar Nəsirova və Zərifə Qasımova təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB