Qazaxıstanlı baş məşqçi: "Bakı 2017"nin təşkilatçılığı Olimpiadadan geri qalmır" AÇIQLAMA
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında çox güclü idmançılar mübarizə aparırdı. Bizim heyətimizdə isə əsasən gənc cüdoçular yer alıb. Ona görə yüksək nəticə göstərə bilmədik". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən cüdo üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Kalen Kalıuly deyib.
O, "Bakı-2017"nin təşkilatçılığının yüksək səviyyədə olduğunu vurğulayıb: "Biz indiyədək İslam Həmrəyliyi Oyunlarında iştirak etməmişikdik. Komandamız Olimpiya, Asiya Oyunları və digər mötəbər yarışlarda mübarizə aparmışdı. "Bakı 2017"nin təşkilatçılığı Olimpiadadan geri qalmır. Bakıda oyunların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB