Hafiz Süleymanov: "Əziyyətimizin bəhrəsini gördük" AÇIQLAMA

Hafiz Süleymanov: "Əziyyətimizin bəhrəsini gördük" AÇIQLAMA

"Yarış zamanı Anastasiya İbrahimlidən daha çox mən həyəcanlandım. İdmançı olduğum üçün həmin hisslərin nə olduğunu yaxşı bilirəm". SİA-nın məlumatına görə, bunu ağır atletika üzrə Azərbaycan yığma komandasının məşqçisi Hafiz Süleymanov deyib.

O qeyd edib ki, idmançımız gözlənildiyindən də yaxşı çıxış edib: "Anastasiya çox yaxşı çıxış etdi. Bir sözlə, əziyyətimizin bəhrəsini gördük. Bu qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova həsr edirəm. Ümüd edirəm ki, qələbələrimizin davamı gələr".

Bütün xəbərlər Facebook səhifəmizdə