Bosniyalı futbolçu “Şalke”ni “Arsenal”a dəyişir

Bosniyalı futbolçu “Şalke”ni “Arsenal”a dəyişir

Seyad Kolaşinats mövsümün sonunda "Şalke"dən ayrılacaq. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bosniyalı müdafiəçinin artıq yeni klubu bəllidir. Belə ki, Kolaşinats "Arsenal"la anlaşıb. 23 yaşlı müdafiəçi iyulun 1-dən etibarən yeni klubunun düşərgəsinə qoşulacaq. Hələlik Kolaşinatsın keçidinin detalları məlum deyil.

Qeyd edək ki, "Şalke"nin üzvü ilə "Milan" və "Mançester Siti" də maraqlanırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə