Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun daha bir oyunu keçirilib. Qol.az-ın məlumatına görə, "Çelsi" öz meydanında "Uotford"u qəbul edib. Gərgin mübarizə şəraitində keçən matçda azarkeşlər 7 qola şahidlik ediblər.
İngiltərə Premyer Liqası
37-ci tur
15 may
"Çelsi" - "Uotford" 4:3
Qollar: Terri, 22 (1:0), Kapo, 24 (1:1), Azpilikueta, 36 (2:1), Batşuayi, 49 (3:1), Janmaat, 51 (3:2), Okaka, 74 (3:3), Fabreqas, 88 (4:3)
Qeyd edək ki, artıq çempionluğu rəsmiləşdirən "Çelsi" bugünkü qələbə sayəsində xallarının sayını 90-a çatdırıb. "Uotford" isə 40 xalla 16-cı pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB