Qadın idman gimnastlarımızın növbəti qızıl medalını Yuliya İnşına qazanıb

Qadın idman gimnastlarımızın növbəti qızıl medalını Yuliya İnşına qazanıb

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qadın idman gimnastlarımızın növbəti qızıl medalını Yuliya İnşına qazanıb. SİA-nın məlumatına görə, sərbəst hərəkətlərdə 13,100 xal toplayan idmançımız qızıl medalın sahibi olub.

Türkiyə təmsilçisi Ustaş Şanlı Göksu 13,050 xalla gümüş, Demet Mutlu isə 12,700 xalla bürünc medala layiq görülüblər.

Demet Mutlu sərbəst hərəkətlərdə Azərbaycan musiqisinin sədaları altında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə