Azərbaycan millisi “Bakı-2017”nin yarımfinalında

Azərbaycan millisi “Bakı-2017”nin yarımfinalında

Azərbaycan millisi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında qrup mərhələsində sonuncu oyununu keçirib. SİA-nın məlumatına görə, "A" qrupunun son turu çərçivəsində millimiz Mərakeş yığması ilə qarşılaşıb.

"Bayıl Arena"da gürcüstanlı hakimlər briqadası tərəfindən idarə olunan oyunda hesab açılmayıb.

Hesabında 5 xal olan Azərbaycan və Kamerun yığmaları yarımfinala yüksəliblər. Yarımfinalda yığmamız Əlcəzair millisi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə