İdman gimnastikası yarışlarının final mərhələsi

İdman gimnastikası yarışlarının final mərhələsi

Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikasının final mərhələsi davam edir. Kişi idman gimnastları dayaqla tullanma, dəstəkli atda, turnikdə hərəkətlər, qadın idman gimnastları gimnastika tirində və sərbəst hərəkətlər üzrə birincilik uğrunda mübarizə aparırlar.

İdmanın bu növündə Azərbaycanı Murad Ağarzayev, Talas Bence, Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova təmsil edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə