"Bakı-2017": Tayfur Əliyev asan qələbə qazanıb

"Bakı-2017": Tayfur Əliyev asan qələbə qazanıb

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb. SİA-nın məlumatına görə, 20 yaşlı idmançının debütü 1/4 final mərhələsinə təsadüf edib.

Avropa Oyunlarının mükafatçısı Taoufik Kaçfi (Mərakeş) ilə qarşılaşıb. Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. T.Əliyev I raundda rəqibinin qaşını partladığı üçün texniki qələbə qazanıb.

O, mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq.

Qeyd edək ki, T.Əliyevədək Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə