Millimiz səngər stendi üzrə qarışıq komanda yarışında qalib oldu

Millimiz səngər stendi üzrə qarışıq komanda yarışında qalib oldu

Azərbaycan millisi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarında qalib gələrək qızıl medala sahib olub.

SİA xəbər verir ki, finalda yığmamıza qızıl medalı 43 xal toplayan Əli Hüseyinli və Aydan Camalova qazandırıblar.

Komandamız həlledici qarşılaşmada türkiyəli Oğuzxan Tuzun və Nihan Gürer duetindən üstün olub.

Yarışda üçüncü yeri Qətər komandası tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə