Azərbaycanın kişilərdən ibarət cüdo yığması finala çıxıb

Azərbaycanın kişilərdən ibarət cüdo yığması finala çıxıb

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının üçüncü günündə kişilərdən ibarət Azərbaycan yığması finala vəsiqə əldə edib.

SİA xəbər verir ki, komandamız yarımfinalda Özbəkistan kollektivindən üstün olub - 4:1. Komandamızın heyətində Məmmədəli Mehdiyev, Elxan Məmmədov, Nicat Şıxəlizadə və Rüstəm Orucov qələbə qazanıb, Rüfət İsmayılov isə məğlubiyyətlə barışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə