Gənc yunan-Roma güləşçilərimiz Batumidən 2 medalla qayıdırlar

Gənc yunan-Roma güləşçilərimiz Batumidən 2 medalla qayıdırlar

Batumidə dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

SİA xəbər verir ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olublar.

Yalnız final görüşündə uduzan Zülfüqar Əliyev (50 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 60 kiloqram çəkidə mübarizə aparan Kamran Mirzəliyev qazanıb.

Digər güləşçimiz Sayqidmaqomed Ömərov (96 kq) isə turniri beşinci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə