Murad Delihasan: "Azərbaycan karateçiləri həm qardaşımız, həm də rəqiblərimizdir" AÇIQLAMA
"Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları "Bakı-2015" I Avropa Oyunlarında olduğu kimi peşəkarlıqla təşkil olunub. Ölkəniz mötəbər beynəlxalq yarışların keçirilməsində böyük təcrübəyə malikdir". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən Türkiyənin karateçilərdən ibarət nümayəndə heyətinin üzvü Murad Delihasan deyib.
O qeyd edib ki, Azərbaycanın karate üzrə milli komandası Türkiyə yığmasının ən güclü rəqiblərindədir: "Azərbaycan karateçiləri bizim həm qardaşımız, həm də ən güclü rəqiblərimizdir. Azərbaycan, Türkiyə, İran, Misir yığma komandaları dünya reytinqində liderdir. "Bakı-2017"də çox gücü karateçilər iştirak edirlər. Burada maraqlı və gərgin idman mübarizəsi aparılır. Türkiyə millisi də bu yarışda bir neçə medal qazanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB