IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə yarışlar davam edir. Turnirin gedişini izləmək üçün Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tomaş Ayan da Bakıya səfər edib. SİA-nın məlumatına görə, o, "Bakı-2017"nin təşkilat işlərindən razılığını bildirib: "İlk öncə dəvətə görə təşəkkürümü bildirirəm. Mən ilk dəfə deyil ki, Azərbaycandayam. Burada çoxlu dostlarım var. Beynəlxalq Ağır Atletika Federasiyası "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələrin idmançılarına uğurlar arzu edir. Onu da bildirim ki, Azərbaycan Ağır Atletika Federasiyası çox fəal federasiyadır. IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı yüksək səviyyədədir. Mən "Bakı-2017"də görülən işlərdən çox məmnunam. Yarış zalı və Ağır Atletika Akademiyası möhtəşəmdir. Azərbaycan və paytaxt Bakı çox dəyişib və inkişaf edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB