“Feyenoord” 18 ildən sonra çempion oldu

“Feyenoord” 18 ildən sonra çempion oldu

Futbol üzrə Hollandiya çempionatının qalibinin adına aydınlıq gəlib. Belə ki, dünən Erediviziyanın sonuncu turunda öz meydanında "Herakles"ə 3:1 hesabı ilə qalib gələn "Feyenoord" 82 xalla 2016/17 mövsümündə Hollandiya çempionatının qalibi olub. Rotterdam təmsilçisi 18 illik fasilədən sonra ümumilikdə 15-ci dəfə çempionluq sevinci yaşayıb. İkinci yeri cəmi 1 xal az fərqlə "Ayaks" (81) tutub. "Eyndhoven" 76 xalla üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə