Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə komandamızın hesabına ikinci gümüş medalı Azərbaycan cudoçusu Kənan Abdullaxanlı əlavə edib.
SİA-nın məlumatına görə, yüz kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Kənan Abdullaxanlı finalda Özbəkistan idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan idmançımız gümüş medalla kifayətlənməli olub.
Xatırladaq ki, "Rio-2016" Yay Olimpiya Oyunlarının dörddəbir finalçısı Kənan Abdullaxanlı 2015-ci ildə Portuqaliyada keçirilmiş açıq Avropa çempionatının bürünc mükafatçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB