Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə qadın təmsilçimiz İrina Kindzerska gümüş medal qazanıb.
SİA-nın məlumatına görə, qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska finalda türkiyəli rəqibi Kayra Sayıta məğlub olaraq gümüş medalla kifayətlənib.
İrina Kindzerska 2013-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının bürünc mükafatçısıdır. 2012-ci il London Yay Olimpiya Oyunlarını beşinci yerdə başa vuran idmançımız dəfələrlə cüdo üzrə Qran-pri turnirlərinin qalibi və mükafatçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB