Jalə Piriyeva "Bakı-2017"də topla hərəkətlər üzrə yarışda birinci yeri tutub

Jalə Piriyeva "Bakı-2017"də topla hərəkətlər üzrə yarışda birinci yeri tutub

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bədii gimnastı Jalə Piriyeva topla hərəkətlər üzrə fərdi yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb.

SİA-nın məlumatına görə, o, 17.550 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər gimnastımız Marina Durunda isə 15.800 xalla bürünc medala sahib olub.

Yarışda ikinci yeri isə Özbəkistan gimnastı Anastasiya Serdyukova (16.950) tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə