Türkiyənin kişi tennisçiləri qrupda birinci yerə çıxıblar

Türkiyənin kişi tennisçiləri qrupda birinci yerə çıxıblar

Mayın 14-də Türkiyə tennisçiləri "Bakı-2017"də növbəti qələbə qazanıblar. SİA-nın verdiyi məlumata görə, kişilərdən ibarət Türkiyə komandasının Özbəkistanla qarşılaşmasında qardaş ölkə təmsilçiləri iki fərdi oyunda rəqib komandanı üstələyiblər. Cütlüklər arasında baş tutan oyun da Türkiyənin xeyrinə nəticələnib. Beləliklə, qarşılaşma türkiyəli tennisçilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində Türkiyənin kişi tennisçiləri "A" qrupunda birinci pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə