Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edib.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında turnirə yollanan komandamız Vətənə 4 medalla qayıdıb. Boksçularımızdan Maqsud Xasmetov (46 kq), Elşən Cəbizadə (54 kq), Rüfət Nəbiyev (66 kq) və Adir Vəliyev (80 kq) bürünc mükafat qazanıblar.
Yarışda Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB