Azərbaycan gimnastlarının “Bakı-2017”də ikinci qızıl medalı

Azərbaycan gimnastlarının “Bakı-2017”də ikinci qızıl medalı

Azərbaycanın qadın idman gimnastları komanda hesabında IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Qızıl medalı Azərbaycana Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova qazandırıblar.

SİA-nın məlumatına görə, Azərbaycan millisi 99.300 xal toplayıb. Türkiyə millisi 96.050 xalla ikinci, İndoneziya isə 68.150 xalla üçüncü olublar.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.

Çempion gimnastlarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.

Xatırladaq ki, ötən gün bədii gimnastika yarışında da Azərbaycan gimnastları qızıl medallara sahib olublar. Gimnastlarımızın ilk qızıl medalını Azərbaycana Marina Durunda, Zöhrə Ağamirova və Jalə Piriyeva qazandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə