Ayxan Mamayev: "İslamiadanın iki qat qalibi olmaq istəyirəm" AÇIQLAMA

Ayxan Mamayev: "İslamiadanın iki qat qalibi olmaq istəyirəm" AÇIQLAMA

"IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən karateçilərin hamısı güclü idmançılardır. Onların hamısından ciddi rəqabət gözləmək olar". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan karate üzrə Azərbaycan milli komandasının üzvü Ayxan Mamayev (-84 kq) deyib.

O qeyd edib ki, İran, Misir və Türkiyə idmançıları ilə döyüş daha çətin keçir: "Yaxşı ki, onlar digər qrupa düşdülər. İşim biraz asanlaşdı. İkinci döyüşüm əlcəzairli idmançı ilədir. Ondan revaş alacağam. İslamiadanın iki qat qalibi olmaq istəyirəm. Bundan öncə 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışam".

Bütün xəbərlər Facebook səhifəmizdə