Atəş yarışında Azərbaycan idmançısı liderdir

Atəş yarışında Azərbaycan idmançısı liderdir

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş açma üzrə birinci təsnifat mərhələsi başa çatıb. SİA-nın verdiyi məlumata görə, birinci mərhələnin nəticələrinə görə Azərbaycan idmançısı Ruslan Lunyov liderdir - 289-9 xal.

Qeyd edək ki, Azərbaycan yığma komandasına "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açma yarışında hamıdan dəqiq olub - (581-25 xal).

Bütün xəbərlər Facebook səhifəmizdə