Azərbaycan cüdoçusu Hidayət Heydərov "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında xalqımıza altıncı qızıl medal sevincini yaşadıb. SİA-nın məlumatına görə, kişilər arasında 73 kiloqram çəki dərəcəsində yarışın finalında digər idmançımız Rüstəm Orucov ilə qarşılaşan Hidayət Heydərov qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, bu il Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçu"su xüsusi mükafatına da layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB