Fəridə Abiyeva "Bakı-2017”də birinci oldu

Fəridə Abiyeva "Bakı-2017”də birinci oldu

Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazanıblar. SİA-nın məlumatına görə, karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Fəridə Abiyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub. Bununla da F.Abiyeva "Bakı-2017"də karateçilərimizin ilk qızıl medalının sahibi olub.

F.Abiyeva səkkizdəbir final mərhələsində Çad təmsilçisi Viktorine Koro üzərində 8:0 hesabı ilə inamlı qələbə qazanıb. O, yarışın dörddəbir finalında Kot-d`İvuar idmançısı Koussai Ahia Aurelie Estelleni 2:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda özbəkistanlı rəqibi üzərində 3:2 hesablı qələbə qazanaraq finala adlayıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan F.Abiyeva komanda yarışlarında Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə