Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçuları ilk qızıl medalı qazanıblar. SİA-nın məlumatına görə, qızıl medalı komandamızın aktivinə Erdenebat Bazarraqça yazdırıb.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.
Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Bazarraqçanın rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub. E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb. Aişə Qurbanlı isə Oyunların gümüş medalı ilə kifayətlənməli olub.
Qaliblərə medalları Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim edib. Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, bayrağı qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB