"Bakı-2017" IV İslam Oyunlarının ağır atletika yarışlarında bu gün çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. SİA-nın məlumatına görə, bu çəkidə Azərbaycanı Səbinə Əzimova və Gülçin Əlizadə təmsil edib.
G.Əlizadə birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. O, təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Gülçin bu çəki dərəcəsində 4-cü yeri tutub.
S.Əzimova birdən qaldırma hərəkətində 75 kq-ın öhdəsindən gəlib. 17 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 101 kq-ı ram edib. Toplam 176 kq (75+101) nəticə göstərən S.Əzimova bu çəki dərəcəsində 3-cü yerə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB