Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Xızıda velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda elit kateqoriyası üzrə yeni ölkə çempionları müəyyənləşib.
SİA-nın məlumatına görə, medalları ölkəmizin "Synergy Baku" kontinental komandasının heyətində çıxış edən velosipedçilər qazanıblar.
Otuz kilometr məsafəyə fərdi ötüşmədə elit yığma komandamızın üzvü, apreldə təşkil olunmuş Mərakeş Turunun 7-ci mərhələsinin qalibi Elçin Əsədov 40 dəqiqə, 50 saniyə göstərici ilə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub. U-23 yığmamızın üzvləri Elgün Əlizadə və Samir Cəbrayılov qalibdən müvafiq olaraq 2 dəqiqə, 15 saniyə və 2 dəqiqə, 39 saniyə geri qalmaqla 2-3-cü yerləri tutublar.
Çempionatda 112 kilometr məsafəyə qrup ötüşməsində isə elit yığma komandamızın velosipedçisi, "Tour d’Azerbaidjan-2017" veloturunun lider və ən yaxşı dağ velosipedçisi köynəyini qazanmış Kiril Pozdnyakov ən yüksək nəticə göstərib - 3 saat, 2 dəqiqə, 35 saniyə. Fərdi ötüşmədə 2-ci olan Elgün Əlizadə bu növdə də gümüş qazanıb - 3 saat, 4 dəqiqə, 29 saniyə. İkinci yerin sahibinə cəmi 1 saniyə uduzan U-23 yığmamızın digər üzvü Musa Mikayılzadə isə üçüncü yerlə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB