"Bakı-2017": İdmançımız səngər stendi yarışında gümüş medal qazanıb

"Bakı-2017": İdmançımız səngər stendi yarışında gümüş medal qazanıb

IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında səngər stendi yarışının qalibi Türkiyə idmançısı Gürer Nihan olub. O, 41 xal toplayaraq çempion adını qazanıb.

SİA-nın məlumatına görə, azərbaycanlı atıcılarından Şəfəq Əmrahova 37 xalla yarışı gümüş medalla başa vurub. Bürünc medalın sahibi isə 29 xal toplayan Qətər idmançısı Əl Xələf Xolud Hassan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə