“Baku-2017”: Su polosu yarışlarına start verilib

“Baku-2017”: Su polosu yarışlarına start verilib

Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarına start verilib. SİA-nın məlumatına görə, su polosu yarışlarının ilk günündə Türkiyə və İndoneziyanın komandaları qarşılaşırlar.

Günün ikinci yarısında isə Azərbaycan və İran milliləri birincilik uğrunda yarışacaqlar.

Mayın 13-dən 17-dək Su polosu Arenasında təşkil olunacaq yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya qızıl medal uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə