"Bakı-2107": Kamran Şahsuvarlı 1/4 finala yüksəlib

"Bakı-2107": Kamran Şahsuvarlı 1/4 finala yüksəlib

Azərbaycan millisinin daha bir boksçusu IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə qoşulub. SİA-nın məlumatına görə, 75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı yarışa 1/8 finaldan başlayıb.

O, ilk döyüşündə Desmond Amsterdamla (Qayana) üz-üzə gəlib. Rio-2016-nın bürünc medalçısı rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

Şahsuvarlı 1/4 finalda ilk mərhələdən azad olan türkiyəli İhsan Ərdoğanla qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə