Firdovsi Fərzəliyev karate yarışının yarımfinalına vəsiqə qazanıb

Firdovsi Fərzəliyev karate yarışının yarımfinalına vəsiqə qazanıb

IV İslam Həmrəyliyi Oyunlarının karate yarışında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Firdovsi Fərzəliyev yarımfinala vəsiqəni təmin edib. SİA xəbər verir ki, F.Fərzəliyev dörddəbir finalda Malayziya təmsilçisi Silvarajo Sentil Kumaran üzərində inamlı qələbə qazanıb.

Yarışa qələbə ilə başlayan karateçimiz Niyazi Əliyev (67 kq) isə dörddəbir finalda Misir idmançısı Əli Elsaviyə 0:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə