Rafael Ağayev: “Döyüşə “Bakı-2017”nin qızıl medalı üçün çıxacağam” AÇIQLAMA
"Finala qədər ən çətin döyüşüm türk idmançısı ilə oldu. Onunla ilk görüşdə döyüşdüm və qələbə qazandım. Daha sonra rahatlıqla irəlilədim". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanmış karate üzrə Azərbaycan milli komandasının üzvü Rafael Ağayev (-75 kq) deyib.
O, ikinci döyüşdəki rəqibini yaxşı tanımadığını qeyd edib: "İkinci döyüşdə ərəb idmançısı ilə qarşılaşdım. Yeni idmançı olduğu üçün onu yaxşı tanımırdım. Ona görə taktikanı düz qurmamışdım. 1:2 hesabı ilə geri düşdüyüm halda, 7:2 hesabı ilə qələbə qazandım və özümü sakitləşdirdim. Doğma divarlar arasında istədiyim kimi döyüşə bilmirəm. Amma əsas nəticəni əldə edib finala çıxmışam".
İdmançı finalda yalnız qələbə üçün döyüşəcəyini vurğulayıb: "Finaldakı pakistanlı rəqibim 1 ildir ki, çəkisini -67 kq çəki dərəcəsindən -75 kq-a qaldırıb. O, ərəb klubunda döyüşür. Çox maraqlı və gözəl qarşılaşma olacaq. Döyüşə yalnız "Bakı-2017"nin qızıl medalı üçün çıxacağam".
R.Ağayev ona dəstək olduğuna görə bütün Azərbaycan xalqına minnətdarlığını bildirib. O, idmançılarımıza uğurlar azulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB