Rəfael Ağayev adını finala yazdırıb

Rəfael Ağayev adını finala yazdırıb

"Bakı-2017"nin karate yarışında daha bir Azərbaycan idmançısı finala yüksəlib. SİA xəbər verir ki, Rəfael Ağayev (75 kq) yarımfinalda Malayziya təmsilçisi Şarmendran Ragonathanı məğlub edərək adını finala yazdırıb. İdmançımız rəqibinə 5:0 hesabı ilə qalib gəlib.

Bununla da R.Ağayev "Bakı-2017"nin ən azı gümüş medalını təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə