Hikmət Abdullayev: “Daha yüksək nəticə qazanacağımızı gözləyirdik” AÇIQLAMA
"Bakı-2017"də daha yüksək nəticə qazanacağımızı gözləyirdik. Məqsədimiz ən azı yarımfinala çıxmaq idi. İki gün öncə əsas oyunçularımızdan biri qırmızı kart aldığına görə, dünənki oyunda iştirak etmədi. Komandamızda dəyişiklik etmək məcburiyyətində qaldıq. Ona görə məğlub olduq". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurmuş (5-ci yer) həndbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Hikmət Abdullayev deyib.
O qeyd edib ki, komanda hazırlıq keçsə də legioner həyatı yaşayan idmançılar heyətə gec qoşulub: "Təcrübəli əsas oyunçularımızın çoxu - 1-ci 7-likdə meydana çıxan 5 nəfər legioner həyatı yaşadıqlarına görə, onların yarışları mayın 3-də qurtarıb. Biz ayın 4-dən tam heyətlə məşqlərə başlamışıq. Ona görə komanda oyununda çətinlik çəkirdik. Oyunumuz idividual tərzdə keçirdi".
Baş məşqçi vurğulayıb ki, son qarşılaşmada Mərakeş yığmasına qalib gələn millimiz bu matçda yenidən öz oyununu göstərə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB