"Yuventus" "Bavariya"nın futbolçusu Mehdi Benatianı birdəfəlik alıb. Bu barədə klubun rəsmi saytında məlumat dərc olunub. Xəbərə görə, bu transfer üçün "Yuventus" Münhen təmsilçisinə qarşıdakı iki il ərzində ümumilikdə 17 milyon avro təzminat ödəyəcək. M.Benatia ilə 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, M.Benatia cari mövsümü icarə əsasında Turin klubunda keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB