Bir saat sonra Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayacaq. SİA-nın məlumatına görə, mərasimin keçiriləcəyi Bakı Olimpiya Stadionuna tamaşaçıların axını davam edir.
Bu axşamkı açılış mərasimi Azərbaycanın mədəniyyəti və adət-ənənələrində dərin kökləri olan universal sülh hekayəsidir. Qədim İslam sivilizasiyasının hər bir yerdə olarkən gördüyümüz böyük töhfələri bu gün burada yenidən canlancaq.
Hekayənin mərkəzində bakılı kiçik qız - Mina dayanır. Onun dostu olan çərpələngin köməyi ilə biz dünyanı kəşf etmək səyahətinə çıxan Minanın axrasınca gedəcəyik. O, yolboyu özünəməxsusluğu və irsi, inancları və arzuları ilə tanış olacaq. Səyahətin sonunda isə Minanın gələcəyə ümidi bütövləşir və genişlənir. Onun sevinci ilham mənbəyinə çevrilir. Bu qızın hekayəsi insanların qüdrətini və birliyini əks etdirir. Minanın arzusu harmoniya şəraitində daha yaxşı dünya görməkdir.
Qeyd edək ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının mərasimlər direktoru və icraçı prodüseri Katrin Uqvudur. Mərasimin bədii rəhbəri Neytan M.Rayt, prodüseri Keyt Hinçlifdir.
Açılış mərasimində incəsənət ustalarından Selcan Hacızadə, Nəzrin Cəfərzadə, Məryəm Səfərova, Fəridə Səfiyarzadə, Nərminə Səmədova, Eleonora Yusifova, Nurəddin Mehdixanlı, Alim Qasımov və Natiq Şirinov iştirak edəcək.
Elgün Vidadioğlu
.jpg)



.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB