UEFA açıqladı: Fellaini Avroliqada həftənin ən yaxşısıdır

UEFA açıqladı: Fellaini Avroliqada həftənin ən yaxşısıdır

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Məlumata görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Mançester Yunayted"in futbolçusu Maruan Fellaini ən yaxşı oyunçu seçilib. Belçikalı yarımmüdafiəçi ümumi səslərin 60 faizini toplayıb. "Lion"un futbolçusu Aleksandr Lakazetti isə 40 faiz səslə ikinci olub.

Qeyd edək ki, M. Fellaini Avropa Liqasının son yarımfinal oyununda "Selta" ilə matçda(1:1) komandasının yeganə qolunu vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə