Karvahal və Qaret Beyl finalda meydana çıxacaqlar

Karvahal və Qaret Beyl finalda meydana çıxacaqlar

"Real"ın müdafiəçisi Daniel Karvahal və hücumçusu Qaret Beylin durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, adıçəkilən futbolçular Çempionlar Liqasının final matçına yetişə biləcəklər. İyunun 3-də "Yuventus"la keçiriləcək həlledici qarşılaşmaya qədər Beyl və Karvahalın tam sağalacağı açıqlanıb. Bununla belə, onlar La Liqanın son 3 turunda komandaya kömək edə bilməyəcəklər. Qeyd edək ki, "Yuventus" – "Real" oyunu Kardiffin "Millennium" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə