Bu gün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gənclər və İdman Nazirlərinin 2016-cı ildə İstanbulda keçirilən 3-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, növbəti, 2018-ci ildə keçiriləcək İƏT GİN 4-cü Sessiyasına Azərbaycan ev sahibliyi edəcək, eyni zamanda, İƏT Gənclər və İdman Nazirləri Şurasının Daimi Katibliyi olaraq İƏT Gənclər Forumu çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, qeyd olunan qərarların icrası istiqamətində bu gün Bakı şəhərində, İƏT Gənclər Forumunun təşkilatçılığı ilə İƏT üzv-ölkələri Gənclər Nazirləri Sessiyasının hazırkı ev sahibi Türkiyə Respublikasının Gənclər naziri Akif Çağatay Kılıc, növbəti GİN Sessiyası ev sahibi Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, İƏT Baş katibinin nümayəndəsi Maha Akil, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərovun iştirakı ilə İƏT Gənclər siyasəti üzrə Daimi Nazirlər Şurasının 1-ci iclası keçirilib.
İclasda İƏT GİN 3-cü sessiyasında qəbul edilmiş qərarların icrası qrafiki, gələn il Bakıda keçiriləcək İƏT GİN Konfrasnının 4-cü sessiyasına hazırlıq işləri, İslam Həmrəylik Oyunları və s. məsələlər müzakirə olunub. İclasda eyni zamanda Bakıda keçirilən "İƏT Modeli Gənclər Zirvəsi"ndə İƏT ölkələri ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı irəli sürülən layihə də müzakirəyə çıxarılıb və həmin təşəbbüs yüksək qiymətləndirilərək İƏT ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı qərar qəbul edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı və Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə 2006-cı il 3 sentyabrda İstanbulda keçirilmiş İƏT Gənclər Forumunun təsis gününün, İƏT Gənclər Günü olaraq elan edilməsi təklifi dəstəklənib.
Qərara alınıb ki, yeni təsis edilən İƏT Gənclər Gününün 2017-ci ildə İƏT məkanındakı tədbirlər planı Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 2017-ci ilin İslam Həmrəylik İli elan edilməsi haqda təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq "Fəaliyyətdə İslam Həmrəyliyi" şüarı altında keçirilsin.
Beləliklə, 3 sentyabr İslam ölkələri ortaq Gənclər Günü olaraq təsis edildi və 2018-ci ilin Gənclər Gününə qədər bu çərçivədə keçiriləcək bütün tədbirlərin "Fəaliyyətdə İslam Həmrəsyliyi" şüarı ilə keçirilməsi qərara alınıb.
Tədbirin sonunda Daimi Suranin hazırkı sədri Akif Çağatay Kılıc Bakıda baş tutan İƏT Gənclər siyasəti üzrə Daimi Nazirlər Şurasının 1-ci iclasının uğurla həyata keçməsi ilə bağlı İƏT Gənclər Forumunun Baş Katibi Elşad İskəndərova öz təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB