Cavid Çələbiyevin “Bakı-2017”də ilk rəqibi müəyyənləşib

Cavid Çələbiyevin “Bakı-2017”də ilk rəqibi müəyyənləşib

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi müəyyənləşib. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək. SİA-nın məlumatına görə, dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

C.Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə